Su Sızma Diaqnostika
Həyət evləri, bina mənzilləri, həyətyani ərazilərdə su sızmaları zamanı evin təmirinə və əşyalarına ciddi şəkildə zərər verə bilər. Bu nasazlığa görə siz yaşadığınız mühitdə istər qonşular, istərsə də digər sakinlərlə problemlər yaşaya bilərsiniz.
Bu nasazlığın səbəbinin aydınlaşdırılması, lazım olan qurğuların quraşdırılması qısa müddət ərzində həll olunur. Peşəkar ustalar və ən son texnologiyalar vasitəsilə indi təmir sizin üçün daha əlçatandır. V18 PLUS texnologiyasından istifadə edərək xüsusi diqqət ilə nasazlıq aradan qaldırılır. Bina sakinləri üçün bu sızmaların müəyyənləşdirilməsi qısa vaxt ərzində həll olsa da, həyət evlərində olan problemin tapılması isə kifayət qədər vaxt alır. Buna görə də qiymət zamanı fərq yaransa da, keyfiyyət baxımından heç bir fərqin olmaması bütün müştərilərimiz qane edir. Ustalarımızın işinə zəmanət verərək təmirdən sonra bu problemlərlə üzləşməyəcəyinizə əminlik veririk. Qeyd edək ki, xidmətimizdən hər hansı bir narazılıq olduğu bizimlə əlaqə saxlayaraq narahatlıq yaranan məqamları bizə bildirə bilərsiniz. Sizin razılığınız, xidmət keyfiyyətinin ən yaxşı göstəricisidir.
Xidmətdən yaralanmaq üçün nə etmək lazımdır?
Xidmətdən yararlanmaq üçün bizə zəng edərək operatorumuzla əlaqə yaratmağınız və problem haqqında məlumat verməyiniz kifayətdir. Problemi aradan qaldırmaq üçün Bakı şəhəri daxilində ustalarımız istənilən ünvana yaxınlaşaraq nasazlığın həllini müəyyənləşdirir və icra edirlər.









